Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
02 Oktyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
322
13.04.2023, 10:28
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törədən ümumilikdə 16 nəfər tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıb. Şəxsi axtarış zamanı Kəmalə Mustafatevadan 46 bükümdə satış məqsədilə üzərində daşıdığı heroin və metamfetamin, eləcə də “Tramadol” həbləri, Rafiq Rüstəmovdan isə heroin və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə 300 manata əldə etdikləri məlum olub.
Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub. Tədbirlərin davam olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
21:33 / 02 Oktyabr 2026
10
21:27 / 02 Oktyabr 2026
1
21:25 / 02 Oktyabr 2026
30
21:18 / 02 Oktyabr 2026
33
21:11 / 02 Oktyabr 2026
47
20:59 / 02 Oktyabr 2026
66
20:51 / 02 Oktyabr 2026
60
20:47 / 02 Oktyabr 2026
56
20:42 / 02 Oktyabr 2026
56
20:40 / 02 Oktyabr 2026
65
20:28 / 02 Oktyabr 2026
64
20:24 / 02 Oktyabr 2026
56
20:18 / 02 Oktyabr 2026
190
20:16 / 02 Oktyabr 2026
54
20:10 / 02 Oktyabr 2026
58
19:59 / 02 Oktyabr 2026
59
19:57 / 02 Oktyabr 2026
159
19:47 / 02 Oktyabr 2026
76
19:39 / 02 Oktyabr 2026
95
19:36 / 02 Oktyabr 2026
92
19:29 / 02 Oktyabr 2026
77
19:27 / 02 Oktyabr 2026
72
19:22 / 02 Oktyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.