Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86668
az

“Azərişıq” ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb

22:1611 Aprel, 2023
112
KRİMİNAL
  • A

“Azərişıq” ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb, ibtidai istintaq tamamlanıb.

Bu barədə Oxu24.com-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, ötən il iyulun 28-i Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən rayonun Bum qəsəbəsi ərazisində elektrik xətlərinin yenilənməsi işləri aparılarkən Şəbəkənin iş içraçısı və nəzarətçisi Elxan Məmmədyarov baş mühəndis Natiq Əsədovun işlərin tamamlanması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsi, eləcə də səhlənkarlıq edərək xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Natiq Əsədov və Elxan Məmmədyarova Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı