Qaynar xətt:

(+99450) 247 90 86

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb - VİDEO

KRİMİNAL

362

10.04.2023, 18:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Opel" markalı avtomobilin sürücüsü İlqar Cəfərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

İ.Cəfərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən həmin şəxs inzibati qaydada həbs olunub.