Qaynar xətt:

(+99450) 247 90 86

Qubadlıda döyüş sursatları aşkarlanıb

Qubadlıda döyüş sursatları aşkarlanıb

KRİMİNAL

357

08.04.2023, 12:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubadlıda döyüş sursatları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

 

Miri Məcidli