Qaynar xətt:

(+99450) 247 90 86

Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Oğlunu öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

KRİMİNAL

441

08.04.2023, 11:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan Oxu24.com-a bildirilib ki, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir. Miri Məcidli