Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda qəzaya düşən şəxs 11 gün sonra ölüb

Yevlaxda qəzaya düşən şəxs 11 gün sonra ölüb

KRİMİNAL

347

07.04.2023, 09:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yevlax rayonunda qəzaya düşən şəxs 11 gün sonra xəstəxanada ölüb.
"Oxu24.com"un xəbərinə görə, hadisə martın 26-da şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “QAZ-322132” markalı, 02 BF 780 dövlət qeydiyyat nişanlı mikroavtobusla piyadalar - 1975-ci il təvəllüdlü Ələsgərova Səbinə Rafiq qızı və 1962-ci il təvəllüdlü Mirzəyeva Bəsdi Halay qızını vurub.
Nəticədə Səbinə Ələsgərova hadisə yerində, Bəsdi Mirzəyeva isə aprelin 6-da müalicə olunduğu xəstəxanada ölüb. Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.