Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Salyanda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

KRİMİNAL

338

06.04.2023, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ötən gün Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Oxu24.com xəbər verir ki, qəza aprelin 5-də saat 15:45-də Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “Kamaz 65115” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99-TN-320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub.
Hadisə nəticəsində “Hyundai Accent” markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər. Digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar. Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.