Qaynar xətt:

(+99450) 247 90 86

Post Patrulla “Mercedes” toqquşmuşdu - Qadın öldü

Post Patrulla “Mercedes” toqquşmuşdu - Qadın öldü

KRİMİNAL

619

30.03.2023, 10:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bir neçə gün əvvəl Quba rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan qadın vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Quba şəhəri ərazisində Gülmurad Əhmədovun idarə etdiyi “Mercedes”lə polis serjantı Seyidgül Ağayevin idarə etdiyi “Hyundai İX 35” markalı xidməti polis avtomobili toqquşub. Nəticədə “Mercedes”də sərnişin olan Əhmədova Əntiqə İbrahim qızı ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq qadın martın 29-da dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, qəzanı törədən S.Ağayev Quba RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır.