Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli hadisə: Yeniyetməni ürəyindən vurub öldürdü

Dəhşətli hadisə: Yeniyetməni ürəyindən vurub öldürdü

KRİMİNAL

303

30.03.2023, 08:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “Report”a Ağstafa rayon prokurorluğundan məlumat verilib. İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.