Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb

KRİMİNAL

313

28.03.2023, 09:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda avtomobilin vurduğu piyada 11 gün sonra xəstəxanada ölüb.
Oxu24.com -un xəbərinə görə, hadisə martın 16-da Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Rəşidov Yavər İsmayıl oğlu "RR FOOD" MMC-yə məxsus "Hyundai" markalı yük avtomobili Gəncə prospektində yerləşən "Fəridə" şadlıq sarayının həyətində arxaya doğru idarə edərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən martın 27-də 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq olunur.