Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

KRİMİNAL

423

27.03.2023, 13:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.