Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8525
az

Bakıda gəlin Yeni il gecəsi qayınanasının başına oyun açdı - FOTO

20:5603 Yanvar, 2019
828
  • A
 
Bakıda qayınana gəlini tərəfindən döyülüb.

Döyülən qadın Cavadova Edeliya Cəlil qızı Oxu.Az-a açıqlamasında bildirib ki, insidentə səbəb Yeni ili ailə üzvləri ilə bir yerdə keçirmək istəməsi olub:

“Bayram axşamı üçün yeməklər bişirdim, gəlinimə dedim ki, Yeni ili öz evimizdə qarşılayaq. Bu zaman yumruqla elə vurdu ki, burnumdan qan açıldı. Daha sonra məni döyməyə başladı. Burnum sındı. Oğlum araya girən zaman onun da döydü.

Daha sonra qardaşına zəng etdi və evdə nə yeməklər bişirmişdimsə, hamısını yığıb, getdilər. Deyir, mən bu evin gəliniyəm, nə istəyirəm, edirəm. Oğlum onunla bacarmır”.

Edeliya Cavadova deyir ki, ailə həyatı qursa da, heç vaxt özünün doğma uşağı olmayıb:
 “Mən öz bacımın uşağını götürdüm, ana kimi baxdım. Övladlığa götürdüyüm oğlum evlənəndən gəlin bizimlə dolanmır. İndi heç kimim yoxdur ki, onun yanına gedim”.

Qadın hazırda sığınacağa yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər