Qaynar xətt:

(+99450) 247 90 86

Bakı sakini bir kiloqram heroinlə saxlanılıb

Bakı sakini bir kiloqram heroinlə saxlanılıb

KRİMİNAL

315

21.03.2023, 12:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeronda Bakı sakini saxlanılıb, üzərindən bir kiloqram heroin götürülüb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.