Qaynar xətt:

(+99450) 247 90 86

Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb

Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb

KRİMİNAL

320

17.03.2023, 10:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasına psixatrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin əmisi oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Miri Məcidli