Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli qəza: Ölən var

Bakıda dəhşətli qəza: Ölən var

KRİMİNAL

453

14.03.2023, 09:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda avtomobillər toqquşub, ölən var.

Oxu24.com-un xəbərinə görə, hadisə martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Kazımov Ramin Xaqani oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şuşada işləmək üçün işçi axtarılır - MAAŞ 2786 MANAT