Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84401
az

DİN tutulan 7 nəfərin VİDEOSUN YAYDI

13:2211 Mart, 2023
264
KRİMİNAL
  • A

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib, 7 nəfər saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib.

Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq Malik Qədimovun paytaxt ərazisində narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvlərinin də saxlanılması təmin edilib.

Tədbirin davamı olaraq İzzət Abdullayev, Kənan Ələkbərov, Yusif Rəhimov, Teymur Xəlilov və Azad Manafov da saxlanılıblar. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova da saxlanılıb. Onun yaşadığı evdən isə satmaq üçün nəzərdə tutulan 17 ədəd kibrit qutusunda qablaşdırılan marixuana, eləcə də 9 büküm heroin və metamfetamin aşkar olunub. Elnarə Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb
Məhkəmə Vardanyanla bağlı QƏRAR VERDİ

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Sumqayıtda maşın vuran uşaq üç gün sonra xəstəxanada ölüb