32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
04 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
409
10.03.2023, 14:04
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. "İsti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncə şəhərində, A. Sadıxov isə Bakı şəhərində saxlanılıb. Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyr-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
12:13 / 04 Oktyabr 2026
128
12:10 / 04 Oktyabr 2026
38
11:22 / 04 Oktyabr 2026
44
11:14 / 04 Oktyabr 2026
74
11:08 / 04 Oktyabr 2026
540
10:49 / 04 Oktyabr 2026
75
10:22 / 04 Oktyabr 2026
221
10:20 / 04 Oktyabr 2026
52
09:49 / 04 Oktyabr 2026
53
03:58 / 04 Oktyabr 2026
117
00:16 / 04 Oktyabr 2026
149
23:56 / 03 Oktyabr 2026
88
23:26 / 03 Oktyabr 2026
90
22:53 / 03 Oktyabr 2026
108
22:48 / 03 Oktyabr 2026
88
22:41 / 03 Oktyabr 2026
116
22:29 / 03 Oktyabr 2026
111
22:13 / 03 Oktyabr 2026
252
22:08 / 03 Oktyabr 2026
145
21:24 / 03 Oktyabr 2026
98
21:09 / 03 Oktyabr 2026
129
20:57 / 03 Oktyabr 2026
167
20:51 / 03 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.