Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb

KRİMİNAL

265

07.03.2023, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb.
Hadisə martın 6-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb. Belə ki, Sadıqov Mehdi Şirazi oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü
Babayev Arif Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib. Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.