Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının fotosu
04 Oktyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
538
05.03.2023, 17:28
Martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, ilkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.
Şübhəli şəxslərdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kq narkotik vasitə qurudulmuş marixuana, 16,6 kq narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülmüşdür.
Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri tədbirlər davam etdirilir.
22:15 / 04 Oktyabr 2026
31
22:02 / 04 Oktyabr 2026
45
21:54 / 04 Oktyabr 2026
150
21:07 / 04 Oktyabr 2026
112
20:53 / 04 Oktyabr 2026
75
20:43 / 04 Oktyabr 2026
65
20:21 / 04 Oktyabr 2026
64
20:06 / 04 Oktyabr 2026
117
19:55 / 04 Oktyabr 2026
76
19:44 / 04 Oktyabr 2026
236
19:23 / 04 Oktyabr 2026
72
19:16 / 04 Oktyabr 2026
129
19:09 / 04 Oktyabr 2026
123
18:44 / 04 Oktyabr 2026
109
18:34 / 04 Oktyabr 2026
80
17:50 / 04 Oktyabr 2026
107
17:45 / 04 Oktyabr 2026
99
17:35 / 04 Oktyabr 2026
106
17:30 / 04 Oktyabr 2026
659
17:23 / 04 Oktyabr 2026
622
17:20 / 04 Oktyabr 2026
70
16:58 / 04 Oktyabr 2026
3616
16:56 / 04 Oktyabr 2026
536
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.