Qaynar xətt:

(+99450) 247 90 86

Cərrah əməliyyat zamanı xəstənin qarnında bint unutdu - Cinayət işi açıldı

Cərrah əməliyyat zamanı xəstənin qarnında bint unutdu - Cinayət işi açıldı

KRİMİNAL

402

28.02.2023, 17:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Bu barədə Oxu24.com-a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.
 

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.