Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinə rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, araşdırmalar nəticəsində rayon sakinləri N.Nəbiyev, V.Nəbiyev və A.Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşları cari ilin müvafiq dövründə oğurluq faktı ilə bağlı 3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 (ümumilikdə 18 kq-a yaxın narkotik vasitə), qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində isə 1 uğurlu əməliyyat tədbiri həyata keçirib.
Oxu24.com
ŞƏRHLƏR