Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83466
az

Sabirabadda atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

12:3226 Fevral, 2023
190
  • A
Fevralın 24-də Sabirabad Rayon Polis Şöbəsinə rayonun Moranlı kənd sakini Adil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, məlumatla bağlı Sabirabad RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın həbs müddəti uzadıldı
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı