Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82934
az

Penitensiar xidmətin arvadını qətlə yetirən əməkdaşı: "Görə bilmədiyim kimlərsə mənimlə danışırdı..."

17:0817 Fevral, 2023
188
KRİMİNAL
  • A

Qobustan rayon Nərimankənd kənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlunun 28 mart 2021-ci il tarixdə, səhər saat 10.00 radələrində ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsulova Büllurə Ələkbər qızını öldürməsi ilə bağlı məhkəmə işi yekunlaşıb. 

OXU24.COM xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin Rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsində xidmət etmiş Elnur Rəsulov məhkəmədə arvadını öldürməsinin təfərrüatını danışıb. 

Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrü belə xatırlayır:

"Növbəlik əsasında işləyir, bir gün işdə, iki gün evdə olurdum. Sonuncu dəfə 26 mart 2021-ci il tarixdə növbədə oldum və martın 27-də, saat 09:00-da növbəni təhvil verərək evə qayıtdım.

3 avqust 2008-ci il tarixdə Billurə ilə öz istəyimizlə ailə həyatı qurmuşuq. Bu nikahdan üç övladımız var. Billurə ilə ailə həyatı qurandan 2015-ci ilə kimi anam və bibim ilə birlikdə yaşamışıq. 2015-ci ildən sonra isə həyətdə yeni tikilmiş evdə ayrıca yaşayırdıq. Evli olduğumuz müddətdə Billurə ilə aramızda yaxşı münasibət olub, heç vaxt münaqişə olmayıb. 

18 mart 2021-ci il tarixdən etibarən məndə qəribə hislər yaranmağa başladı. Gözünün qarşısında müxtəlif qəribə hadisələr canlanır, həmçinin beynimə müxtəlif qəribə fikirlər gəlirdi. Görə bilmədiyim kimlərsə mənimlə danışır, hansısa sözləri deyirdi. Artıq bu vəziyyətdən bezdiyim üçün özümü öldürmək qərarına gəldim.

Martın 18-dən sonra dəfələrlə Billurəyə də özümü öldürəcəyim barədə deyirdim. Billurə hər dəfə ona "balalarımız yazıqdır, onları yetim qoyma" deyə yalvarırdı. Billurədən başqa bu barədə heç kimə bir söz deməmişəm. Həyat yoldaşımın bu barədə kiməsə bir söz deyib-demədiyini bilmirəm".

Həyat yoldaşının özünü öldürmək istəməsindən qorxan Billurə onu nəzarət altında saxlayıb. Təqsirləndirilən şəxs bildirib ki, martın 27-də işdən qayıtdıqdan sonra gözünün qarşısına gələn qəribə görüntülər daha da artmağa başlayıb. Hətta televizordakı verilişlərdə danışan şəxslərin onun haqqında və onunla danışdığını düşünüb. Həmin verilişlərdə "ona müxtəlif sözlər" deyiblər. İş o yerə çatıb ki, anası Nəsibə ona nəsə deyəndə "pis söz dediyini" düşünüb ondan qaçırmış.
 

Elnur Rəsulov martın 27-də artıq qəti olaraq özünü öldürmək qərarına gəlib. Hətta boğazını kəsmək üçün üzünü təraş etdiyi ülgüclərdən ikisini  götürərək, şalvarının cibinə qoyub. Lakin, həmin gün özünü öldürməyə cəhd etməyib. 

Billurə vəziyyətdən xəbərdar olduğu üçün evin mətbəxində olan bütün bıçaqları gizlədib. Yalnız qonaq otağındakı mebeldə olan istifadə edilməmiş bıçaqlar qalıb. Elnur Rəsulov 27-28 mart tarixlərində yenidən Billurəyə özünü öldürəcəyini dedikdən sonra həyat yoldaşı martın 28-də səhər saatlarında həmin bıçaqları da gizlədib. Lakin Billurənin bıçaqları gizlətdiyi yeri görüb və onlardan biri götürərək corabının içində gizlədib. 

Mart 28-də evdə nahar edib. Bu vaxt anası Nəsibə, bibisi Xuraman, arvadı Billurə və övladları da evdə olub. Günortaya qədər qardaşı Nurəhməd onlarla olsa da, nahardan sonra gedib:

"Günorta yeməyindən təxminən 4-5 saat sonra özümü öldürmək üçün həyətə çıxdım. Heç kim intihar etməyə getdiyimi başa düşməsin deyə siqaret yandırdım, həyətdəki toyuq hininə tərəf getdim. Hinə daxil olduqdan sonra bıçağı corabdan çıxarıb qarnımın üst, yan və arxa nahiyələrinə zərbələr vurmağa başladım. Bıçaq bədənimin arxa nahiyəsinə batsın deyə belimə söykəyib özümü divara çırpdım. Bu zaman qan axmağa başladı. Özümə neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram".

Elnurdan təxminən 10 dəqiqə sonra Billurə əlində arpa dolu vedrə ilə hinə daxil olub və həyat yoldaşının özünü bıçaqladığını görüb. Bu zaman Billurə qışqıra-qışqıra ona "özünü öldürmə, balalarına yazığın gəlsin" deyə yalvarmağa başlayıb. Həmçinin bıçağı ərinin əlindən almağa çalışıb və ona müqavimət göstərməyə başlayıb. Elnur isə çoxlu qan itirib, gözünün önü qaralıb və halsız vəziyyətə düşüb:

"Billurə bıçağı alsa, özümü öldürə bilməyəcəyimi düşündüm və buna görə istəmədən ona bıçaqla zərbələr vurdum. Məqsədim onu öldürmək olmayıb. Bıçağı ala bilməsin və özümü rahat şəkildə öldürə bilim deyə onu uzaqlaşdırmaq istəyirdim. Bıçağın Billurənin bədəninin hansı hisslərinə dəydiyini xatırlamıram. Bundan sonra huşum itib və heç nə xatırlaya bilmirəm".

Məhkəmə Elnur Rəsulovun psixi xəstəliyini nəzərə alaraq, onu məcburi müalicəyə məhkum edib və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirmədən saxlayıb. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib