Qaynar xətt:

(+99450) 247 90 86

Oğuz sakininin arvadını baltalaması, özünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb

Oğuz sakininin arvadını baltalaması, özünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb

KRİMİNAL

372

17.02.2023, 15:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuz sakininin arvadını baltalaması, özünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Oxu24.com-a rayon prokurorluğundan bildirilib.

Belə ki, fevralın 14-ü saat 18 radələrində Oğuz rayonu ərazisində 1966-cı il təvəllüdlü Sevinc Rəhimovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1962-ci il təvəllüdlü Nazim Rəhimovun balta ilə arvadı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.