Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda 71 yaşlı qadın öldürülüb, evindən 5000 manatlıq pul və qızıl aparılıb

Lənkəranda 71 yaşlı qadın öldürülüb, evindən 5000 manatlıq pul və qızıl aparılıb

KRİMİNAL

297

17.02.2023, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.