Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda maskalı şəxslər qadının evinə basqın edib

Ucarda maskalı şəxslər qadının evinə basqın edib

KRİMİNAL

429

17.02.2023, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucar rayonunda maskalı şəxslər qadının evinə basqın edib.

Oxu24.com xəbər verir ki, rayon sakini Nurayya Həsənova fevralın 4-də evinə basqın olması barədə polisə ərizə ilə müraciət edib.

O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı araşdırma aparılır.