Qaynar xətt:

(+99450) 247 90 86

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb

KRİMİNAL

322

17.02.2023, 10:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə fevralın 16-da saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 138-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Meşə Şambul kəndində yaşayan, 1991-ci il təvəllüdlü Behalov Ramazan Maham oğlu idarə etdiyi "Mercedes E220" markalı avtomobillə piyada 1970-ci il təvəllüdlü Heydərov Zəkəriyyə Arzuman oğlunu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(report)