Toyda döyülən kişi 3 gün sonra vəfat etdi
05 Oktyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
337
17.02.2023, 09:38
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə keçirilən növbəti əməliyyatlar zamanı isə daha 7 nəfər-Yaqub Əliyev, Aqşin Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və Ümid Məmmədovlar saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.