Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 5 il həbs cəzası verilib

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 5 il həbs cəzası verilib

KRİMİNAL

336

14.02.2023, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadəyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.
İttiham aktına görə, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, İ.Məmmədzadə barəsində oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarılmışdı.