Ağır qəza: Ölən var
06 Oktyabr 2026, 09:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
359
13.02.2023, 13:38
Bakıda kuryerin avtomobilindən 6 ədəd “İphone” oğurlayan şəxs saxlanılıb.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində vətəndaşlardan birinin avtomobilinin şüşəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib.
Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib.
Faktla bağlı arşadırmalar davam etdirilir.
DİN bildirir ki, Ozal Orduxanlının paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur:
"Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".
11:03 / 06 Oktyabr 2026
1
11:01 / 06 Oktyabr 2026
10
10:55 / 06 Oktyabr 2026
27
10:46 / 06 Oktyabr 2026
77
10:35 / 06 Oktyabr 2026
46
10:32 / 06 Oktyabr 2026
39
10:26 / 06 Oktyabr 2026
54
10:19 / 06 Oktyabr 2026
69
10:17 / 06 Oktyabr 2026
86
10:11 / 06 Oktyabr 2026
399
09:37 / 06 Oktyabr 2026
68
09:36 / 06 Oktyabr 2026
104
09:22 / 06 Oktyabr 2026
102
09:19 / 06 Oktyabr 2026
73
09:18 / 06 Oktyabr 2026
61
09:16 / 06 Oktyabr 2026
55
23:49 / 05 Oktyabr 2026
350
23:42 / 05 Oktyabr 2026
174
23:42 / 05 Oktyabr 2026
171
23:32 / 05 Oktyabr 2026
136
23:22 / 05 Oktyabr 2026
197
22:49 / 05 Oktyabr 2026
139
22:33 / 05 Oktyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.