Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmir sakinindən "Kalaşnikov" götürülüb

Kürdəmir sakinindən \\\"Kalaşnikov\\\" götürülüb

KRİMİNAL

361

13.02.2023, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmir rayon sakinindən "Kalaşnikov" markalı avtomat silahı götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.