Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda ağır qəza:Yaralılar var

Ucarda ağır qəza:Yaralılar var

KRİMİNAL

414

12.02.2023, 20:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucarda üç minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

"Report"un  xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi "Mercedes" markalı minik maşını və daha bir "Mercedes" toqquşub.

Nəticədə 3 nəfər xəsarət alıb.

Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinədən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.