Qaynar xətt:

(+99450) 247 90 86

Abşeronda narkotikin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb

Abşeronda narkotikin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb

KRİMİNAL

354

06.02.2023, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sumqayıt şəhər sakini Asif Axundov saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərinə baxış zamanı satış üçün əldə etdiyi ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Asif Axundovun ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı onun barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.