Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil qaçırılıb

Bakıda avtomobil qaçırılıb

KRİMİNAL

336

04.02.2023, 10:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda avtomobil qaçırılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 3-ü saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.