“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”
08 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
329
03.02.2023, 14:55
"Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən Mərkəzin məsləhətçisi Fərhad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, Mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.
Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan giriv saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri - H.Məmmədovun ölümünə səbəb olublar.
Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.
F.Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Mərkəzə getmək istəyən xəstələrin heç biri ondan icazə istəməyib: “Ümumiyyətlə mənim belə bir səalhiyyətim olmayıb ki, kiməsə göstəriş verim, orada qalıb-qalmamasını müəyyən edim. Heç kim də məndən getmək barədə icazə istəməyib. Mənim belə bir hüququm da olmayıb ki, kimisə orada məcbur saxlayım. Mən ancaq müalicə tədbirləri ilə bağlı məsləhətlər görnmüşəm. Xəstələrlə ümumiyyətlə ünsiyyətdə olmurdum".
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, F.Əliyevin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Cinayət işində adı keçən O.Heydərov, E.Hüseynov, F.Rzayev, S.Əliyev və Q.Həsənovun cinayət işi ayrıca icraatda araşdırılıb. Bu şəxslərin də cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə baxılır.
16:45 / 08 Oktyabr 2026
1
16:35 / 08 Oktyabr 2026
25
16:34 / 08 Oktyabr 2026
7
16:30 / 08 Oktyabr 2026
42
16:27 / 08 Oktyabr 2026
39
16:03 / 08 Oktyabr 2026
137
15:55 / 08 Oktyabr 2026
66
15:32 / 08 Oktyabr 2026
856
15:30 / 08 Oktyabr 2026
680
15:16 / 08 Oktyabr 2026
117
15:15 / 08 Oktyabr 2026
72
15:10 / 08 Oktyabr 2026
61
15:00 / 08 Oktyabr 2026
101
14:54 / 08 Oktyabr 2026
362
14:46 / 08 Oktyabr 2026
63
14:43 / 08 Oktyabr 2026
75
14:40 / 08 Oktyabr 2026
82
14:15 / 08 Oktyabr 2026
88
14:05 / 08 Oktyabr 2026
80
14:00 / 08 Oktyabr 2026
73
13:55 / 08 Oktyabr 2026
73
13:47 / 08 Oktyabr 2026
8805
13:34 / 08 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.