Qaynar xətt:

(+99450) 247 90 86

Binəqədidə hərbi sursat aşkarlanıb

Binəqədidə hərbi sursat aşkarlanıb

KRİMİNAL

241

03.02.2023, 10:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 10 ədəd 100 mm-lik minaatan mərmisinin, 2 ədəd 100mm-lik tank mərmisinin, 10 ədəd RPQ-7 mərmisinin hissələri və bəzi mərmi qirintıları olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.