Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaşda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb

Ağdaşda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb

KRİMİNAL

301

02.02.2023, 13:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdaş rayonunda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.

Hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ruslan Əliyevin idarə etdiyi “KİA” və Göyçay şəhər sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “KİA”nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.