Qaynar xətt:

(+99450) 247 90 86

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

KRİMİNAL

324

02.02.2023, 09:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə​ sürücü ölüb.

İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.