Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81626
az

Bakıda dəhşət: Uşaq öldürüldü,ana ağır yaralıdır

10:1602 Fevral, 2023
345
KRİMİNAL
  • A
Bakıda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü
Azərbaycanda 15 yaşlı qız intihar etdi