Qaynar xətt:

(+99450) 247 90 86

Ov zamanı yaralandı

Ov zamanı yaralandı

KRİMİNAL

323

02.02.2023, 10:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oğuzda kişi ov zamanı xəsarət alıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hüseyn Cavadovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.