Qaynar xətt:

(+99450) 247 90 86

3 nəfəri bıçaqlayan şəxs tutuldu

3 nəfəri bıçaqlayan şəxs tutuldu

KRİMİNAL

363

31.01.2023, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə 3 nəfəri bıçaqlayan şəxs Sumqayıtda saxlanılıb.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində  keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.