Qaynar xətt:

(+99450) 247 90 86

Rüşvətə təhrik etmədə təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Rüşvətə təhrik etmədə təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

KRİMİNAL

428

27.01.2023, 12:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimliyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub.

İttihama görə, əvvəllər məhkum olunmuş Kərimli Fərid Fərəməz oğlu Aygün Mirzəyeva 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub.