Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda silsilə oğurluğa görə tutulan qadın görün kimdir

Bakıda silsilə oğurluğa görə tutulan qadın görün kimdir

KRİMİNAL

583

25.01.2023, 13:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadın 3 mağazadan və 1 gözəllik salonundan oğurluq edib.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.