Qaynar xətt:

(+99450) 247 90 86

Evində külli miqdarda marixuana aşkarlanıb

Evində külli miqdarda marixuana aşkarlanıb

KRİMİNAL

360

25.01.2023, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib. Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.