Qaynar xətt:

(+99450) 247 90 86

Ahıl kişi faciəli şəkildə öldü

Ahıl kişi faciəli şəkildə öldü

KRİMİNAL

323

25.01.2023, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda yük avtomobili ahıl kişini vuraraq öldürüb.

Hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 46-cı km-də qeydə alınıb.

Belə ki, sürücü, 1957-ci il təvəllüdlü Babayev Bəhram Kərim oğlu idarə etdiyi “QAZ-330210” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1940-cı il təvəllüdlü Gülmalıyev Adil Məhi oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.