Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda azyaşlı qız oğurlanıb? - Atası DANIŞDI

Bakıda azyaşlı qız oğurlanıb? - Atası DANIŞDI

KRİMİNAL

1259

19.01.2023, 23:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

OXU24.COM "lent.az"a istinadən xəbər verir ki, hadisə iddialara əsasən, uşaq xalasının yanında olarkən baş verib. Belə ki, bir nəfər avtomobillə gələrək onlara hücum edib və azyaşlını aparıb.

Həmçinin yayılan məlumatlara görə, həmin ailədə bir müddətdir uşaqların ana yaxud atasında qalması barədə qalmaqal olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev lent.az-a bildirib ki, sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı yayılan iddialar araşdırılıb. Onun sözlərinə görə, araşdırmalara nəticəsində azyaşlının atasının yanında olması müəyyən edilib. Hadisədə hər hansı kriminal motiv yoxdur.