Qaynar xətt:

(+99450) 247 90 86

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

KRİMİNAL

331

19.01.2023, 12:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bu barədə Oxu24.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, yanvar ayının 17-də saat 05:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə “Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.

Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-cı il təvəlüdllü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəlüdllü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəlüdllü Hüseyinov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.

Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.