Qaynar xətt:

(+99450) 247 90 86

Masazırda yük maşını aşıb, xəsarət alan var

Masazırda yük maşını aşıb, xəsarət alan var

KRİMİNAL

422

17.01.2023, 15:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masazırda yük maşını aşıb, xəsarət alan var

Bu barədə  Oxu24.com-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Shacman" markalı yük avtomobili yol kənarına aşıb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində həmin şəxs müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.