Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəran sakini Qubada narkotiklə saxlanılıb

Lənkəran sakini Qubada narkotiklə saxlanılıb

KRİMİNAL

390

17.01.2023, 12:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb.

 

Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.