Qaynar xətt:

(+99450) 247 90 86

Hansı hallarda cinayət qəsdən törədilmiş hesab olunur? - HÜQUQİ YARDIM 

Hansı hallarda cinayət qəsdən törədilmiş hesab olunur? - HÜQUQİ YARDIM 

KRİMİNAL

383

10.01.2023, 14:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz  mövzu  cinayətin qəsdən törədilməsi anlayışı  ilə  bağlıdır.

 

Cinayət  Məcəlləsinin 25.1. maddəsində  qeyd  edilir  ki,  birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.

 

25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.

 

25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

 

Hazırladı: Miri Məcidli